Maraqlı Özəl

Dörd bürcün həyatında mühüm dəyişikliklər olacaq

Dörd bürcün həyatında mühüm dəyişikliklər olacaq

Astroloqların fikrincə, 29 iyul 2026-cı ildə baş verəcək Bədirlənmiş Ay dörd bürc üçün mühüm dəyişikliklər dövrünün başlanğıcı ola bilər. Onların iddiasına görə, bu mərhələ gözlənilməz imkanlar, yeni fərqinəvarmalar və həyata baxışı dəyişdirə biləcək hadisələrlə yadda qala bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "Parade" jurnalı yazır.

Astroloqların fikrincə, "Maral Ayı" adlandırılan bu Bədirlənmiş Ay ən çox Dolça, Buğa, Şir və Əqrəb bürclərinə təsir göstərə bilər.

Dolça

Astroloqlar hesab edirlər ki, bu dövr Dolça bürcü altında doğulanlara özlərini daha açıq ifadə etmək imkanı yarada bilər. Uzun müddətdir üzərində çalışdıqları dəyişikliklərin nəticələri görünməyə başlaya bilər.

Onların fikrincə, emosiyalar güclənsə də, bu proses insanın istəklərini və prioritetlərini daha yaxşı dərk etməsinə kömək edə bilər. Bəzi münasibətlər sınaqdan keçsə də, daha səmimi və ortaq dəyərlərə malik insanlarla yeni əlaqələrin yaranacağı iddia olunur.

Buğa

Astroloqların sözlərinə görə, Bədirlənmiş Ay Buğa bürcünün peşəkar həyatına təsir göstərə bilər. Bu dövrün karyera ilə bağlı yeni qərarlar qəbul etmək və gələcək planları yenidən qiymətləndirmək üçün münasib olduğu bildirilir.

Yaxın çevrənin dəstəyinin özünəinamı artıracağı, əvvəllər yaradılmış möhkəm təməlin isə gələcək inkişaf üçün imkanlar açacağı qeyd edilir.

Şir

Astroloqlar hesab edirlər ki, Şir bürcü üçün bu mərhələ yeni imkanlar gətirə bilər. Onların fikrincə, bu dövrdə qarşıya çıxacaq bəzi insanlar gələcək uğurlarda mühüm rol oynaya bilər.

Həmçinin bu mərhələnin daxili istəkləri daha aydın dərk etmək və yaranan fürsətləri qiymətləndirmək baxımından əlverişli olduğu bildirilir.

Əqrəb

Astroloqların fikrincə, Əqrəb bürcü üçün əsas dəyişikliklər karyera və peşəkar hədəflərlə bağlı ola bilər. Onlar bu dövrdə daha böyük məqsədlərin formalaşa və uğur qazanmaq istəyinin güclənə biləcəyini bildirirlər.

Bununla yanaşı, astroloqlar tələsik qərarlar verməməyi və yerinə yetirilməsi çətin ola biləcək vədlərdən çəkinməyi tövsiyə edirlər. Onların fikrincə, intuisiya və hadisələri əvvəlcədən qiymətləndirmək bacarığı bu mərhələdə əsas üstünlüklərdən biri ola bilər.

Jalə Demokrat.az

D
demokrat.az