29 iyul tarixində baş verəcək "Maral" bədirlənməsi ilə bağlı astroloqlar hər bürc üçün fərqli təsirlər proqnozlaşdırırlar.
Demokrat.az "Unian"a istinadən xəbər verir ki, onların fikrincə, bu dövr gizli qalan məsələlərin üzə çıxması və daxili dəyişikliklər üçün əhəmiyyətli hesab olunur.
Od və torpaq ünsürlü bürclər
Qoç
Astroloqun fikrincə, bu bədirlənmə Qoçlara artıq köhnə həyat mərhələsini geridə qoyduqlarını göstərəcək. Sevgi, övladlar, yaradıcılıq və özünüifadə mövzuları ön plana çıxacaq. Susmaq və güzəştə getmək istəyi azalacaq.
Buğa
Buğalar üçün emosional dövr başlayır. Köhnə incikliklər, ailə ilə bağlı məsələlər və təhlükəsizlik hissi yenidən gündəmə gələ bilər. Astroloq hesab edir ki, bu, keçmişlə hesablaşmaq və nöqtə qoymaq üçün fürsətdir.
Şir
Şirlər üçün ilin ən əhəmiyyətli bədirlənmələrindən biri hesab olunur. Astroloqa görə, artıq köhnə rolların arxasında gizlənmək mümkün olmayacaq. Xarici görünüşü, peşəni və ya həyat tərzini dəyişmək istəyi yarana bilər.
Qız
Qız bürcü nümayəndələri üçün əsas dəyişikliklər daxildə baş verəcək. Köhnə qorxular, narahatlıqlar və hətta yuxular müəyyən mesajlar verə bilər. Astroloq emosiyalardan qaçmamağı tövsiyə edir.
Oxatan
Oxatanlar özlərini mövcud vəziyyətə sığmayan kimi hiss edə bilərlər. Yeni biliklər, səyahətlər və fərqli həyat tərzinə maraq arta bilər. Bu, inkişaf ehtiyacının gücləndiyini göstərən işarə kimi qiymətləndirilir.
Oğlaq
Oğlaqlar üçün bədirlənmə hər şeyi nəzarətdə saxlamağın mümkün olmadığını xatırladacaq. Etibar, yaxınlıq və daxili həssaslıq mövzuları ön plana çıxacaq.
Hava və su ünsürlü bürclər
Əkizlər
Əkizləri mühüm söhbətlər gözləyir. Astroloqun sözlərinə görə, deyiləcək və eşidiləcək sözlər gələcəyə təsir edə bilər. Ətrafdakı insanlara münasibət dəyişə bilər.
Xərçəng
Bu bədirlənmə Xərçənglərin özünə dəyər verməsi ilə bağlı məsələləri ön plana çıxaracaq. İşdə, maliyyədə və şəxsi münasibətlərdə daha azına razı olduqlarını anlayanlar yeni mərhələyə qədəm qoya bilərlər.
Tərəzi
Tərəzilər ətrafındakı insanların həqiqi münasibətini daha aydın görə bilərlər. Kimin səmimi, kimin isə yalnız şəxsi maraqlarına görə yaxın olduğu üzə çıxa bilər. Bu səbəbdən dost çevrəsində dəyişiklik istəyi yarana bilər.
Dolça
Dolçalar üçün münasibətlər əsas mövzu olacaq. Güclü münasibətlər daha da möhkəmlənə, uzun müddətdir gizli qalan problemlər isə üzə çıxa bilər. Astroloq hesab edir ki, bu dövr illüziyaların aradan qalxmasına xidmət edir.
Əqrəb
Əqrəblər üçün bu dövr karyera və özünüreallaşdırma baxımından dönüş nöqtəsi ola bilər. Yeni layihə, vəzifə artımı və ya gəlirlərin artırılması ilə bağlı qəti qərarlar verilə bilər.
Balıqlar
Balıqlar üçün bədirlənmə özlərinə münasibətlərini yenidən qiymətləndirmək imkanı yaradacaq. Əgər həyat yalnız iş və öhdəliklər üzərində qurulubsa, bədən istirahət siqnalı verə bilər. Astroloq bu siqnalları nəzərə almağı tövsiyə edir.
Jalə Demokrat.az


