Şou-biznes

Nanə yeni mövsümdə efirdə olacaq?

Nanə yeni mövsümdə efirdə olacaq?

Bir müddətdir efirdən uzaq qalan aparıcı Nanə Ağamalıyeva yeni televiziya mövsümündə tamaşaçı qarşısına çıxacaq.

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Nanəli" verilişi ilə fəaliyyətini davam etdirəcək. Proqramın hazırlıqlarına ötən televiziya mövsümündən başlanılıb.

Qeyd edək ki, ATV-də yayımlanan bir çox proqramın yeni mövsümdə efirə qayıtmayacağı gözlənilir. Aparıcılığını Afaq Gəncəlinin etdiyi "Afaqla 10lar" verilişi isə tamaşaçılarla görüşünü davam etdirəcək.

Demokrat.az

D
demokrat.az