Şou-biznes Özəl

Məşhur Hollivud ulduzları evləndi — FOTOLAR

Məşhur Hollivud ulduzları evləndi — FOTOLAR

Hollivud aktrisası Emma Roberts sevgilisi və həmkarı Kodi Conla evlənib.

Demokrat.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.

Məlumata görə, cütlük 25 iyul tarixində ABŞ-ın Aydaho ştatının San Velli şəhərində keçirilən toy mərasimində nikah andı içib. Gəlin mərasimdə "Monique Lhuillier" brendinə məxsus şleyfli, drapajlı və bədənə kip oturan ağ uzun libas, eləcə də gəlin örtüyü ilə görüntülənib. Emma Roberts altaradək beş yaşlı oğlu Roudsun müşayiəti ilə gedib. Kodi Con isə ağ köynək və qəhvəyi rəngli şalvar kostyumu seçib.

Toy mərasiminə yalnız ailə üzvləri və yaxın dostlar dəvət olunub. Qonaqlar arasında aktrisanın bibisi, məşhur aktrisa Culiya Roberts də yer alıb.

Emma Roberts və Kodi Conun münasibəti barədə ilk məlumat 2022-ci ilin oktyabrında yayılmışdı. Onların ortaq dostlar vasitəsilə tanış olduqları bildirilir. Aktrisaya yaxın mənbənin sözlərinə görə, Emma Roberts münasibətlərinin ciddi olduğuna tam əmin olmadığı üçün bir müddət sevgilisini oğlu ilə tanış etməyib. Cütlük 2024-cü ildə nişanlanmışdı.

Emma Robertsin oğlu Rouds aktyor Qaret Hedlundla münasibətindən dünyaya gəlib. 2022-ci ilin yanvarında isə aktrisanın övladının atası ilə ayrıldığı məlum olmuşdu.

Məşhur Hollivud ulduzları evləndi — FOTOLAR

Məşhur Hollivud ulduzları evləndi — FOTOLAR

Məşhur Hollivud ulduzları evləndi — FOTOLAR

Məşhur Hollivud ulduzları evləndi — FOTOLAR

Məşhur Hollivud ulduzları evləndi — FOTOLAR

Məşhur Hollivud ulduzları evləndi — FOTOLAR

Məşhur Hollivud ulduzları evləndi — FOTOLAR

Məşhur Hollivud ulduzları evləndi — FOTOLAR

Jalə

D
demokrat.az