Şou-biznes

Elməddin Cəfərovun səhhətində problem yarandı

Elməddin Cəfərovun səhhətində problem yarandı

Tanınmış aktyor Elməddin Cəfərovun səhhətində problemlər yaranıb.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ATV-də “7 canlı” axşam şousunda süjet yayımlanıb. Videomaterialda bildirilir ki, aktyorun qəfildən özünü pis hiss etdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib.

Canlı efirə telefon zəngi edən E.Cəfərov səhhəti haqqında açıqlama verib:

“Üz sinirim iltihablaşıb. Nəticədə qulağım və üzüm çox pis şəkildə şişib. Ağrılarım var. Həkimə müraciət etmişəm. Ümid edirəm ki, yaxın bir həftə ərzində sağalıb, işimin başına qayıdacağam”.

D
demokrat.az