Hadisə

Dövlətə 385 min manat borcu olan inşaat şirkətinə 10 min dollardan çox cərimə kəsildi

Dövlətə 385 min manat borcu olan inşaat şirkətinə 10 min dollardan çox cərimə kəsildi

“İnşaatçı-Av Group” Məhdud Məsuliyyətli Cəmiyyət cərimə edilib.

Demokrat.az Yurd.Media-ya istinadən xəbər verir ki, MMC tərəfindən 53 930 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Mərkəzi Bank tərəfindən MMC-nin barəsində protokol tərtib edilib və iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və inzibati xətanın obyekti olmuş vəsaitin 20 faizi məbləğində, yəni 10 786 ABŞ dolları məbləğində cərimə olunub.

Qeyd edək ki, hazırda “İnşaatçı-Av Group” MMC-nin dövlətə 385 min manat vergi borcu da yığılıb.

2023-cü ildə yaradılan şirkətin nizamnamə kapitalı 100 min manat, direktoru isə əvvəldən Yusubova Leyla Gülhəsən qızı olsa da bu il Nicat Muxtarovla əvəzlənib.

Demokrat.az

D
demokrat.az