Şou-biznes Özəl

Funda Arardan "AHBAP"la bağlı ilginc açıqlama

Funda Arardan AHBAPla bağlı ilginc açıqlama

Məşhur türkiyəli müğənni Funda Arar “AHBAP” Dərnəyi ilə bağlı istintaq çərçivəsində həbs edilən Haluk Levent barədə fikirlərini bölüşüb.

Demokrat.az xəbər verir ki, Funda Arar “Fatih Altaylı ilə Bazar söhbəti” proqramında çıxışı zamanı “AHBAP” Dərnəyinə heç vaxt ianə etmədiyini bildirib.

“Yardımlarımı özüm etmişəm. ‘AHBAP’ Dərnəyinə bir qəpik də köçürməmişəm”, deyə müğənni vurğulayıb.

Funda Arar qeyd edib ki, Haluk Leventin keçmişi və həyat hekayəsi barədə məlumatlı olduğu üçün ona tam etibar etməyib:

“Keçmişi və həyat hekayəsi bilinən bir şəxs idi. Sənət cameəsində də onun haqqında danışılanları eşitdiyimiz üçün mənə o qədər də inandırıcı gəlmirdi. Sonra gördüyü yardım işlərini görəndə düşündüm ki, bəlkə dəyişib".

Müğənni əlavə edib ki, çox sayda insanın ianə etdiyini gördükdən sonra belə bir vəziyyətin baş verəcəyini düşünməyib:

“Bu qədər insan pul köçürür, yəqin ki, heç kim belə bir şeyə cəsarət etməz, dedim. Fevralın 6-da baş vermiş zəlzələlərdən sonra bu qədər insan çətin vəziyyətdə olarkən belə bir addımın atılacağına inanmaq istəmirdim. Çox təəssüf".

Jalə

D
demokrat.az