Müğənni Gülşən bu dəfə konsert fəaliyyəti və səhnə performansı ilə deyil, reklam əməkdaşlığı ilə gündəmə gəlib. İddialara görə, məşhur ifaçı bir qəhvə markasının reklam kampaniyasında çəkilərək bu əməkdaşlıqdan 20 milyon Türkiyə lirəsi (TL) gəlir əldə edib.
Demokrat.az xəbər verir ki, güclü səsi, səhnə çıxışları və cəsarətli geyim seçimləri ilə tez-tez maqazin gündəmini zəbt edən Gülşən yeni reklam müqaviləsinə imza atıb.
Məlumata görə, müğənni yaxın günlərdə bir qəhvə markasının reklam siması kimi kamera qarşısına keçib. Reklam çəkilişləri artıq başa çatıb. Maqazin mənbələrinin iddiasına əsasən, tərəflər arasında bağlanan müqavilənin dəyəri 20 milyon TL təşkil edib.
Gülşən 2016-cı ildə aranjimançı Ozan Çolakoğlu ilə ailə həyatı qurub. Cütlüyün Azur Benan adlı bir oğlu var. Müğənni ailə həyatı ilə bağlı paylaşımlarını məhdud saxlayaraq şəxsi həyatını ictimaiyyətin diqqətindən uzaq tutmağa üstünlük verir.
O, daha çox konsert proqramları, səhnə geyimləri və açıqlamaları ilə gündəmə gəlir.
Gülşən son həftələrdə müğənni Umut Akyürəklə yaşadığı qalmaqalla da diqqət çəkib.
Müğənni sosial şəbəkələrdə yayılan videoda ünvanına təhqiramiz ifadələr səsləndirildiyini bildirərək Umut Akyürəkə qarşı 5 milyon TL məbləğində mənəvi təzminat iddiası qaldırıb. İddia ərizəsində Akyürəkin Gülşənin tanınmışlığından istifadə edərək gündəmdə qalmağa çalışdığı qeyd olunub.
Mübahisə Umut Akyürəkin qızı Mələk Bal Ertuğrulun babasının tabutu önündə çəkdiyi videonu "TikTok" hesabında paylaşmasından sonra başlayıb. Paylaşım tənqidlərə səbəb olduqdan sonra açıqlama verən Umut Akyürək Hadisə və Gülşənin gənclərə mənfi nümunə olduqlarını iddia edib.
Bundan sonra müğənni Hadisə də şəxsi hüquqlarının pozulduğunu əsas gətirərək Umut Akyürəkə qarşı 60 min TL məbləğində mənəvi təzminat iddiası qaldırıb.
Konsert fəaliyyətini intensiv şəkildə davam etdirən Gülşənin son olaraq bir qəhvə markasının reklam siması olduğu bildirilir.
Maqazin kulislərində yayılan iddialara görə, müğənni bu reklam əməkdaşlığı müqabilində 20 milyon TL qazanıb.
Lakin nə Gülşən, nə də reklamı sifariş edən şirkət müqavilənin maliyyə şərtləri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Jalə Demokrat.az


