Hadisə

Dənizdə batan 3 gəncin axtarışı davam edir — VİDEO

Dənizdə batan 3 gəncin axtarışı davam edir — VİDEO

Dənizdənəzarətsiz ərazidə batdığı ehtimal edilən şəxslərin axtarışları davam etdirilir.

Demokrat.az xəbər verir ki, bununla bağlıFövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki,iyulun 6-sıpaytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən2007-ci il təvəllüdlüZeynəb Rasim qızı Məmmədzadənin,iyulun 15-iBakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevinvəiyulun 16-sıpaytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən2003-cü il təvəllüdlü Rəhman Məzahim oğlu Əmirovunaxtarışları davam etdirilir.

Hazırda axtarışlar FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Demokrat.az

D
demokrat.az