Avto Özəl

Sultanın 5 milyardlıq avtomobil kolleksiyası var: 7 mindən çox eksklüziv model — FOTOLAR

Bruney sultanı Həsənal Bolkiahın dünyanın ən böyük lüks avtomobil kolleksiyasına sahib olduğu bildirilir.

Demokrat.az xəbər verir ki, "Supercar Blondie" nəşrinin yazdığına görə, bu kolleksiyaya fərdi sifariş əsasında hazırlanmış çoxsaylı unikal modellər daxildir.

Məlumata əsasən, sultanın kolleksiyasında ümumi dəyəri təxminən 5 milyard ABŞ dolları olan azı 7 min avtomobil var.

Bundan əlavə, o, Ginnessin Dünya Rekordlarına dünyanın ən böyük "Rolls-Royce" avtomobil kolleksiyasının sahibi kimi düşüb. Kolleksiyada bu markaya məxsus 600-dən çox avtomobil yer alır.

Zaman-zaman sosial şəbəkələrdə və internetdə kolleksiyanın fotoları yayımlanır. Həmin görüntülərdən məlum olur ki, avtomobillərin əksəriyyəti istifadə olunmur, anbarlarda saxlanılır və bəziləri uzun müddət hərəkətsiz qaldığı üçün yaxşı vəziyyətdə deyil.

Buna baxmayaraq, kolleksiya nadir və eksklüziv avtomobilləri ilə diqqət çəkməyə davam edir.

Məsələn, sultanın kolleksiyasında yalnız onun üçün hazırlanmış bir neçə "Bentley Dominator" yolsuzluq avtomobili var. Bu model 1990-cı illərdə xüsusi sifarişlə istehsal edilib.

Kolleksiyada həmçinin ən azı səkkiz "Ferrari F40", müxtəlif rənglərdə bir sıra "Porsche 959", dörd "Bugatti EB110" və 11 "McLaren F1" hiperkarı yer alır. Bu avtomobillərin hər birinin bazar dəyəri bir neçə milyon ABŞ dolları ilə qiymətləndirilir.

Bundan başqa, kolleksiyaya altı "Ferrari Enzo", beş eksklüziv "Ferrari FX", səkkiz "Jaguar XJ220" və beş "Ferrari F90" modeli də daxildir.

Jalə

D
demokrat.az