Hərbi

Onları da əsgərliyə aparmayacaqlar — Rəsmi

Onları da əsgərliyə aparmayacaqlar — Rəsmi

Çağırışçıların həzm orqanlarının xəstəlikləri üzrə tibbi müayinəsi zamanı dişlərin sayı və çeynəmə funksiyasının pozulma dərəcəsi də nəzərə alınır.

Demokrat.az xəbər verir ki, bu barədə Plat.az-ın sorğusuna cavab olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

Çağırışçının hərbi xidmətə yararlılıq dərəcəsi orqanizmin funksiyalarının nə dərəcədə pozulmasından asılı olaraq müəyyən edilir:

“Belə ki, çənədə və ya üst çənədə 10 və daha artıq dişin olmaması və ya onların çıxarılan protezlə əvəz edilməsi; çənədə və ya üst çənədə 8 azı dişin olmaması; üst çənənin bir tərəfində 4, alt çənənin digər tərəfində isə 4 azı dişin olmaması və ya onların çıxarılan protezlə əvəz edilməsi kimi hallardan biri müəyyən edilərsə, çağırışçı dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab olunur”,- deyə qurumun sözçüsü izah edib.

Pərviz Sədrəddinov qeyd edib ki, çağırışçıların həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 49–54-cü maddələrinin I qrafasına uyğun aparılır.

Demokrat.az

D
demokrat.az