İnfrastruktur

“Neftçi” və “Qarabağ”a görə metroda qrafik dəyişdi

“Neftçi” və “Qarabağ”a görə metroda qrafik dəyişdi

"Neftçi" və "Qarabağ" futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar "Bakı Metropliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.

Demokrat.azxəbər verir ki, hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.

İlk gücləndirmə tədbirləri bu gün "Neftçi" - "Dinamo" (Belarus) matçının keçiriləcəyi 8-ci km stadionu yaxınlığında yerləşən "Xalqlar dostluğu" stansiyasında tətbiq ediləcək.

Sabah isə "Qarabağ" - ÇSKA (Bolqarıstan) görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı "Gənclik", o cümlədən "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək.

Demokrat.az

D
demokrat.az