Şou-biznes Özəl

Məşhur aktrisa özündən 15 yaş kiçik iş adamı ilə sevgilidir — FOTOLAR

Məşhur aktrisa özündən 15 yaş kiçik iş adamı ilə sevgilidir — FOTOLAR

Kolumbiyalı aktrisa Sofiya Verqara şəxsi həyatı ilə yenidən gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, 54 yaşlı ulduz özündən 15 yaş kiçik iş adamı Duqlas Çabbotla sevgilidir.

Cütlük son olaraq futbol üzrə dünya çempionatının finalını birlikdə izləyib. Verqaranın sosial şəbəkədə paylaşdığı fotolarda onların səmimi anları, qucaqlaşmaları və öpüşləri diqqət çəkib. Xarici KİV-in yazdığına görə, Çabbotun sevgilisinin saçlarını qoxulayaraq öpməsi də kameralardan yayınmayıb.

39 yaşlı Duqlas Çabbot və Sofiya Verqara artıq bir müddətdir birlikdədir. Aralarındakı 15 yaş fərqinə baxmayaraq, cütlük ictimai tədbirlərdə tez-tez birlikdə görünür və münasibətlərini açıq şəkildə nümayiş etdirir.

Xatırladaq ki, Verqara 2024-cü ildə aktyor Co Manqanellodan boşanıb. Mətbuatda boşanmanın əsas səbəblərindən biri kimi cütlüyün uşaq sahibi olmaq məsələsində ortaq qərara gələ bilməməsi göstərilmişdi. Daha sonra aktrisa ortoped-cərrah Castin Salimanla münasibət yaşasa da, bu eşq uzunömürlü olmayıb.

Hazırda isə Sofiya Verqaranın özündən 15 yaş kiçik sevgilisi ilə xoşbəxt olduğu və birlikdə tez-tez səyahət edib müxtəlif tədbirlərə qatıldığı bildirilir.

Məşhur aktrisa özündən 15 yaş kiçik iş adamı ilə sevgilidir — FOTOLAR

Məşhur aktrisa özündən 15 yaş kiçik iş adamı ilə sevgilidir — FOTOLAR

Jalə

D
demokrat.az