Dünya Özəl

Rusiya Zaporojyeyə aviazərbələr endirdi: Ölən və yaralanan var

Rusiya Zaporojyeyə aviazərbələr endirdi: Ölən və yaralanan var

Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə hava hücumu həyata keçirib.

Demokrat.az-ın məlumatına görə, Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, şəhər idarəolunan aviasiya bombaları (KAB) ilə vurulub.

Hücum nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər xəsarət alıb.

Fedorovun sözlərinə görə, bombalar yaşayış ərazilərinə düşüb. Nəticədə bir sıra binalar zədələnib, qeyri-yaşayış obyektlərinə ziyan dəyib, ərazidə yanğınlar başlayıb.

Hadisə yerinə xilasedicilər, həkimlər və digər operativ xidmətlərin əməkdaşları göndərilib.

Hazırda dağıntılar arasında axtarış-xilasetmə işləri aparılır, yanğınların qarşısının alınması üçün tədbirlər görülür. Hücumun nəticələri ilə bağlı araşdırmalar davam edir.

Jalə

D
demokrat.az