Hadisə

Cəlilabadda “Toyota” aşdı — Yaralılar var

Cəlilabadda “Toyota” aşdı — Yaralılar var

Cəlilabadda yol-nəqliyyatı hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.

Belə ki, “Toyota Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az