Kriminal Özəl

Bakıda təpiklənən qadın məhkəmədə ərini bağışladı

Bakıda təpiklənən qadın məhkəmədə ərini bağışladı

Bakının Xəzər rayonunda 43 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Şimal Dress qəsəbəsində baş verib. Şirvan şəhər sakini, 1983-cü il təvəllüdlü Əfqan həmin qəsəbənin yeni sahədə yerləşən nömrəsiz evdə həyat yoldaşı Dürdanə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında baş vermiş mübahisə zəminində əli ilə arvadının boğaz nahiyəsindən boğaraq ona xəsarət yetirib. Sonra isə təpiklə onun ayaq və bədən nahiyələrindən bir neçə dəfə vurub.

Faktla bağlı Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə ifadələrindən məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkən qadın ərinə qarşı olan şikayətini geri götürdüyünü, onu bağışladığını deyib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilib.

Fariz Məlikli

D
demokrat.az