Türkiyəli aktrisa Nur Sürer sosial şəbəkədə onu təhqir edərək şəxsi hüquqlarını pozduğu iddiası ilə Cahit Yüceerə qarşı qaldırdığı mənəvi təzminat iddiasını qazanıb.
Demokrat.az xəbər verir ki, İstanbul Birinci İnstansiya Mülki Məhkəməsi iddianı qismən təmin edərək Cahit Yüceerin Nur Sürerə 2 min Türkiyə lirəsi məbləğində mənəvi təzminatın 27 iyun 2021-ci il tarixindən hesablanacaq faizlə birlikdə ödənilməsinə qərar verib.
Nur Sürer bildirib ki, eyni hadisə ilə bağlı daha əvvəl açılmış cinayət işi üzrə Cahit Yüceer "yazılı ünsiyyət vasitəsilə açıq şəkildə təhqir" cinayətinə görə məhkum edilib. Aktrisa məhkəmədən 30 min Türkiyə lirəsi məbləğində mənəvi təzminat tələb etmişdi.
Cahit Yüceer isə məhkəmədə səsləndirdiyi ifadələrin təhqir deyil, kobud sözlər olduğunu bildirərək iddianın rədd edilməsini istəyib. Məhkəmə isə təzminat tələbini qismən təmin edib.
Qeyd edək ki, Cahit Yüceer aktrisaya "Səni pəncərədən atmaq lazımdır, xain" şərhini yazımışdı.


