Maraqlı Özəl

Dünya Kuboku finalından sonra Messi və Yamal barədə "19" təsadüfləri gündəm olub

Dünya Kuboku finalından sonra Messi və Yamal barədə 19 təsadüfləri gündəm olub

İspaniyanın Argentinanı məğlub edərək 2026-cı il FIFA Dünya Kubokunun qalibi olmasından sonra sosial şəbəkələrdə Lionel Messi və Lamin Yamal arasında "19" rəqəmi ilə bağlı müxtəlif təsadüflər geniş müzakirə olunur.

Paylaşılan məlumatlara görə, diqqət çəkən məqamlardan biri Messinin Yamal hələ körpə olarkən onunla çəkilmiş məşhur fotosunun təxminən 19 il əvvələ aid olmasıdır. Finalda çempion olan İspaniya millisinin üzvü Lamin Yamalın hazırda 19 yaşında olması da bu təsadüflər sırasında göstərilir.

Bundan başqa, Yamalın İspaniya millisində 19 nömrəli formanı geyindiyi, həmin foto çəkilən dövrdə isə Messinin "Barselona"da 19 nömrəli forma ilə çıxış etdiyi vurğulanır. Futbolçuların doğum günləri – Messinin 24 iyun, Yamalın isə 13 iyul tarixində olması və bu tarixlər arasında 19 gün fərq olması da sosial mediada paylaşılan məqamlar arasındadır.

İddialara görə, Messi turniri 19 dəqiq zərbə ilə başa vurub, Argentina isə yarış ərzində ümumilikdə 19 qol vurub. Həmçinin final oyununun 19 iyul tarixində keçirilməsi və İspaniyanın qələbə qolunun matçın başa çatmasına 19 dəqiqə qalmış vurulması da istifadəçilər tərəfindən "19" rəqəmi ilə əlaqələndirilir.

Sosial şəbəkələrdə geniş yayılan digər paylaşımda isə Lionel Andreas Messi adındakı hərflərin müəyyən ardıcıllıqla düzülməsi nəticəsində "LAMINE" sözünün alındığı iddia edilir.

Leyla Demokrat.az

D
demokrat.az