Maraqlı Özəl

Bu kahıları almısınızsa, diqqətli olun

Bu kahıları almısınızsa, diqqətli olun

ABŞ-da parazitar infeksiyanın yayılması ilə bağlı narahatlıq artıb.

Demokrat.az xəbər verir ki, ölkənin aparıcı qida təchizatçılarından olan "Taylor Farms" və "Sysco" şirkətləri Meksikanın mərkəzi bölgələrindən idxal edilən aysberq (iceberg) kahılarının satışını dayandıraraq məhsulları bazardan geri çağırıblar.

Məlumata görə, bu qərar ABŞ-nin aidiyyəti qurumlarının insan sağlamlığı üçün təhlükə yaradan parazitar infeksiya ilə bağlı xəbərdarlığından sonra qəbul edilib. İlkin araşdırmalar infeksiyanın mənbəyinin Meksikadan gətirilən sözügedən kahılarla əlaqəli ola biləcəyini göstərir.

Hər iki şirkət istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə həmin məhsulların tədarükünü və satışını dayandırdıqlarını açıqlayıb.

Səhiyyə qurumları vətəndaşlara mənşəyi məlum olmayan və ya geri çağırılan məhsullardan istifadə etməməyi, şübhəli hallarda isə dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir, infeksiyanın yayılma mənbəyi və miqyası dəqiqləşdirilir.

Nuray Paşşanlı

D
demokrat.az