Şou-biznes Özəl

Neslihan Atagüldən istirahət FOTOLARI

Neslihan Atagüldən istirahət FOTOLARI

Türkiyəli aktrisa Neslihan Atagül həyat yoldaşı Kadir Doğulu və oğlu Azizlə birlikdə keçirdiyi ailə tətilindən fotoları sosial media hesabında yayımlayıb.

Aktrisanın paylaşdığı görüntülərdə ailənin xoş və səmimi anları əks olunub. Təbii pozları ilə diqqət çəkən Atagülün fotoları qısa müddətdə izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

Paylaşımlar arasında aktrisanın yemək yeyərkən çəkilmiş fotosu da yer alıb. Neslihan Atagül həmin görüntünü "Instagram" hekayəsində paylaşaraq üzərinə zarafatla qeyd edib:

"Məni tanıyan iştahamın nə qədər açıq olduğunu bilir."

Məşhur aktrisanın səmimi etirafı və ailəsi ilə bağlı paylaşdığı təbii görüntülər izləyicilər tərəfindən bəyənilib.

Neslihan Atagüldən istirahət FOTOLARI
Neslihan Atagüldən istirahət FOTOLARI
Neslihan Atagüldən istirahət FOTOLARI

Leyla Demokrat.az

D
demokrat.az