Əbdül Mahmudovun (Şeyx Əbdül) “TikTok” hesabı ilə bağlı aylar əvvəl dediyi yalan çıxıb.
Demokrat.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu ilin may ayında sosial şəbəkələrdə onun hesabaçdığı barədə məlumat yayılmışdı.
Həmin vaxt 82 yaşlırejissor "abdul.mahmudov3" adlı hesabın özünə məxsus olduğunuqəti şəkildə təkzib etmişdi:
“Bunu birinci dəfəeşidirəm. Vallah açmamışam. Heç necə açırlar onu belə bacarmıram. Ümumiyyətlə, bu barədə düşünməmişəm. Yalan söhbətdir. Ancaq yaxşı ideyadır, açmaq olar”.
Buna baxmayaraq, aradan keçən müddətdə sözügedən hesab aktivləşib. Hazırda "abdul.mahmudov3" istifadəçi adı ilə fəaliyyət göstərən hesabda Şeyx Əbdülünözünün yer aldığı ilk video paylaşılıb.
Hesabı 80 nəfəri izləyir, özünün də 118 izləyicisi var. Videoya baxış sayı və izləyici sayı hələlik yüksək olmasa da, hesabın istifadə olunmağa başladığı görünür.
Ə.Mahmudov ötən illərdə “TikTok” platformasına münasibətini də sərt ifadələrlə bildirmişdi. Xalq artisti qeyd etmişdi ki, həmin platformada milli-mənəvi dəyərlərimiz, tariximiz və ideologiyamızla bağlı xoşagəlməz paylaşımlar üstünlük təşkil edir və buna görə də “TikTok”u arzuolunan platforma hesab etmir.
Demokrat.az


