Maraqlı Özəl

Uğura köklənmiş insanlar: Onlar hansı aylarda doğulur?

Uğura köklənmiş insanlar: Onlar hansı aylarda doğulur?

Astrologiya və numerologiyada doğum ayının insanın xarakteri, vərdişləri və daxili gücü haqqında müəyyən məlumat verdiyi hesab olunur. Bu yanaşmaya əsasən, mart, iyun, sentyabr və noyabr aylarında doğulan insanların güclü daxili motivasiya, iradə və başladığı işi sona çatdırmaq bacarığı ilə seçildiyi bildirilir.

Demokrat.az xəbər verir ki, bu barədə “Parade” jurnalı yazır.

Bu inanclara görə, bəzi insanların məqsədlərinə doğru irəliləmək üçün daimi tərifə və ya xatırlatmaya ehtiyacı olmur. Onlar çətin şəraitdə belə irəliləməyə davam etmək üçün motivasiyanı öz daxilində tapırlar. Astrologiyada hər doğum ayına müəyyən xüsusiyyətlər aid edilsə də, məhz bu dörd ayda doğulanların əzmkarlığı xüsusi vurğulanır.

Mart

Astrologiyaya görə, mart ayında doğulan insanlar tez-tez ətrafındakıları nailiyyətləri ilə təəccübləndirirlər. Onların Balıqlar və ya Qoç bürcünə aid olmasından asılı olmayaraq, güclü intuisiya, emosional həssaslıq və lazım olan anda qətiyyətlə hərəkət etmək bacarığını birləşdirdikləri bildirilir.

Onlar adətən planlarını geniş şəkildə paylaşmır, diqqət çəkmədən məqsədləri üzərində işləməyi üstün tuturlar. Böyük hədəflər müəyyən etməklə yanaşı, onlara çatmaq üçün uzun müddət səbir və əzmkarlıq göstərməyə hazır olurlar.

İyun

Bu inanclara görə, iyun ayında doğulanlar öyrənməyə maraq göstərən və daim inkişaf etməyə çalışan insanlar kimi xarakterizə olunur.

Onlar yeni biliklər əldə etməyi, fərqli həll yolları tapmağı və bacarıqlarını təkmilləşdirməyi sevirlər. Uğursuzluqlarla qarşılaşdıqda belə ruhdan düşmür, əsas məqsədlərindən vaz keçmirlər. Əkizlər və ya Xərçəng bürcündə doğulanların ünsiyyətcil və mehriban olmalarına baxmayaraq, daxildə güclü iradəyə sahib olduqları qeyd edilir.

Sentyabr

Astrologiyada sentyabr ayında doğulan insanlar uğura tədricən çatmağa üstünlük verən, intizamlı və məsuliyyətli şəxslər kimi təqdim olunur.

Onlar başladıqları işi yarımçıq qoymamağa çalışır, nəticəyə addım-addım yaxınlaşırlar. Qız və ya Tərəzi bürcündə doğulanların hadisələri diqqətlə təhlil etməsi və qərarlarını ölçüb-biçməsi onların çətinliklər qarşısında soyuqqanlı qalmasına kömək etdiyi bildirilir.

Noyabr

Bu yanaşmaya əsasən, noyabr ayında doğulan insanlar güclü daxili iradəyə malik hesab olunurlar.

Əqrəb və ya Oxatan bürcündə doğulanların çətinliklərdən çəkinmədiyi, həyatın mürəkkəb sınaqları ilə üzləşməyə hazır olduqları vurğulanır. Uğursuzluqları onlar özlərini inkişaf etdirmək və növbəti cəhd üçün təcrübə qazanmaq imkanı kimi qiymətləndirirlər. Astrologiyada bu insanların emosional dayanıqlılığı, əzmkarlığı və özünəinamı ilə seçildiyi qeyd olunur.

Jalə

D
demokrat.az