Biznes Özəl

Taxmağa utanırlar: Məşhur eynək markası hədəfdə, "gizli kamera" çıxdı — FOTOLAR

Taxmağa utanırlar: Məşhur eynək markası hədəfdə, gizli kamera çıxdı — FOTOLAR

"Meta" şirkətinin "Ray-Ban" brendi ilə birgə hazırladığı ağıllı eynəklər son günlər geniş müzakirələrə səbəb olub.

Taxmağa utanırlar: Məşhur eynək markası hədəfdə, gizli kamera çıxdı — FOTOLAR

Demokrat.az xəbər verir ki, ötən il dünya üzrə 7 milyondan çox satılan bu cihaz bəzi istifadəçilərin ondan insanların icazəsi olmadan görüntü çəkmək üçün istifadə etməsi səbəbindən ciddi tənqid hədəfinə çevrilib.

Sosial şəbəkələrdə ağıllı eynəklər artıq "gizli kamera" və "qeyri-etik cihaz" kimi təqdim olunur. Bu isə həm istifadəçilər, həm də şəxsi həyatın toxunulmazlığı ilə bağlı narahatlıqları daha da artırıb.

Taxmağa utanırlar: Məşhur eynək markası hədəfdə, gizli kamera çıxdı — FOTOLAR

İstifadəçilər eynəyi taxmağa ehtiyat edirlər

"Engadget"ın məlumatına görə, yaranmış mənfi rəy səbəbindən bir çox fotoqraf, videobloqer və kontent yaradıcısı ağıllı eynəkləri ictimai yerlərdə taxmaqdan çəkinir. Onlar ətrafdakı insanların özlərini gizli çəkiliş aparan şəxs kimi qəbul edəcəyindən narahat olduqlarını bildirirlər.

Tanınmış bloqer Martino Vonq deyib ki, insanların çox olduğu məkanlarda eynəkdən istifadə edərkən daha ehtiyatlı davranır. Onun sözlərinə görə, bəzən kameranın işləmədiyini göstərmək üçün eynəyi qatlayaraq köynəyindən asır. Bloqer əlavə edib ki, xüsusilə ingilisdilli ölkələrdə bu cihazlara qarşı mənfi münasibət daha güclüdür.

"Üzdə kamera gəzdirmək hər kəsi narahat edir"

Video-operator Uill Kujava da "Meta"nın optik şüşəli ağıllı eynəyini almaq fikrindən imtina etdiyini açıqlayıb. O bildirib ki, sosial şəbəkədə bu barədə paylaşım etdikdən sonra aldığı çoxsaylı rəylər qərarını dəyişməsinə səbəb olub.

Operatorun sözlərinə görə, sonradan məsələnin etik tərəfini daha dərindən düşündüyünü anlayıb. O hesab edir ki, kameralı eynəklə ictimai yerlərdə gəzmək insanlarda narahatlıq yarada və onların şübhələnməsinə səbəb ola bilər. Onun fikrincə, istifadəçinin pis niyyəti olmasa belə, ətrafdakılar bunu fərqli qəbul edə bilərlər.

"Meta" yeni modellər hazırlamaqda davam edir

Bütün tənqidlərə baxmayaraq, "Meta" ağıllı eynək layihəsindən geri çəkilmək niyyətində deyil. Şirkət bu yaxınlarda "Ray-Ban" dizaynından fərqlənən, öz mühəndisləri tərəfindən hazırlanmış yeni süni intellekt dəstəkli ağıllı eynək seriyasını təqdim edib.

Yeni modellər 299 dollar qiymətlə satışa çıxarılıb. Şirkət ilin sonunadək bazara daha çox ağıllı eynək modeli təqdim etməyi planlaşdırır.

Mütəxəssislər isə hesab edirlər ki, şəxsi həyatın toxunulmazlığı və məxfiliklə bağlı narahatlıqlar aradan qaldırılmasa, bu cihazların gələcəkdə geniş yayılması və cəmiyyət tərəfindən qəbul olunması çətin olacaq.

Jalə

D
demokrat.az