Bank Respublika 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb.
Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin ilk yarımili üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə Bank əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirərək bazardakı mövqeyini daha da möhkəmləndirib, maliyyə dayanıqlığını qoruyub saxlayıb və real sektorun maliyyələşdirilməsi istiqamətində fəaliyyətini daha da genişləndirib.İlk yarımilin nəticələri Bankın dayanıqlı inkişaf strategiyasının uğurla həyata keçirildiyini və müştərilər, tərəfdaşlar, eləcə də beynəlxalq maliyyə institutları tərəfindən göstərilən etimadın davamlı olaraq artdığını nümayiş etdirir.
2026-cı ilin ilk yarımili üzrə əsas maliyyə göstəriciləri (ötən ilin müvafiq dövrü ilə müqayisədə):
- Aktivlər 2,2% artaraq 2,72 milyard manata çatıb;
- Məcmu kapital 17,4% artaraq 279,6 milyon manat təşkil edib;
- Kredit portfeli 11,5% artaraq 1,70 milyard manata yüksəlib;
- Xalis faiz gəlirləri 17,4% artaraq 95,8 milyon manat olub;
- Xalis əməliyyat mənfəəti 28,5% artaraq 46,1 milyon manata çatıb;
- Xalis mənfəət 23,7% artaraq 34,5 milyon manat təşkil edib;
- Depozit portfeli 1,1 milyard manat olub ki, bu da ölkənin bank sektoru üzrə ən yüksək göstəricilərdən biridir.
- I dərəcəli kapitalın adekvatlıq əmsalı - 10,61% (normativ: 6,5%);
- Məcmu kapitalın adekvatlıq əmsalı - 14,65% (normativ: 12,5%);
- Leverec əmsalı - 7,53% (normativ: 5%);
- Ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 0,74%-ə enib (2025-ci ilin sonu: 0,9%).
Daha ətraflı məlumat üçün: Veb sayt: www.bankrespublika.az Sosial şəbəkələr:Facebook,Instagram, LinkedIn,Telegram Çağrı Mərkəzi: 144
Demokrat.az


