Türkiyənin tanınmış müğənnisi Nilüferin qızı Ayşe Nazlı Yumlu ailə həyatı qurub.
Bir müddətdir Batuhan Yağlıoğlu ilə münasibətdə olan Ayşe Nazlı Yumlu ailə üzvləri və yaxın dostlarının iştirakı ilə keçirilən sadə mərasimdə nikah masasına əyləşib.
Mərasimdən yayılan görüntülərdə gəlinin sadə gəlinliyi və təbii görünüşü diqqət çəkib.
Toydan sonra Nilüfer sosial şəbəkə hesabında yeni evlənən cütlüklə bağlı paylaşım edib. Müğənni paylaşımında "Çox xoşbəxt olun, balalarım... Çox xoşbəxt olun" sözlərini yazaraq onlara xoş arzularını çatdırıb.
Qeyd edək ki, Ayşe Nazlı Yumlu Nilüfer və mərhum jurnalist Reha Muhtarın 4 aylıq olarkən övladlığa götürdükləri qızıdır.


Leyla Demokrat.az


