Dünya şöhrətli müğənni Taylor Swift və NFL ulduzu Travis Kelce evləndikdən sonra ilk dəfə birlikdə görüntüləniblər.
Məşhur cütlük Montanada keçirdikləri bal ayından qayıtdıqdan sonra Travis Kelcenin keçmiş komanda yoldaşı JuJu Smith-Schuster və Laura Krukun Kaliforniyada keçirilən toy mərasimində iştirak edib.
Dana Point şəhərində yerləşən Ritz-Carlton otelində təşkil olunan açıq hava qəbuluna əl-ələ gələn Taylor Swift və Travis Kelce şən əhval-ruhiyyələri ilə diqqət çəkiblər. Cütlük bu tədbirdə nikah üzüklərini də ilk dəfə ictimaiyyət qarşısında nümayiş etdirib. Travis Kelce boz kostyum, Taylor Swift isə çəhrayı çiçək naxışlı, çiyinləri açıq ziyafət libası seçib.
Qeyd edək ki, cütlüyün toyu iyul ayının əvvəlində qapalı formatda keçirilib. Bildirilir ki, Taylor Swift və Travis Kelce 2025-ci ilin avqustunda nişanlanıb, təxminən 10 ay sonra isə ailə qurublar. Məlumata görə, onların nikah mərasimini məşhur aktyor və komediya ustası Adam Sandler idarə edib.
Toydan sonra bal ayını Montanadakı Yellowstone Club istirahət kompleksində keçirən cütlük Kaliforniyadakı bu mərasimdə dostları ilə birlikdə əylənərək evlilikdən sonrakı ilk ictimai çıxışlarını reallaşdırıb.

Leyla Demokrat.az


