Şou-biznes Özəl

Kıvanç Tatlıtuğ ikinci dəfə ata olur? — FOTO

Kıvanç Tatlıtuğ ikinci dəfə ata olur? — FOTO

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun həyat yoldaşı, stil məsləhətçisi Başak Dizerin ikinci dəfə ana olacağı ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

Türkiyə mətbuatında yayılan xəbərlərdə Başak Dizerin beş aylıq hamilə olduğu və cütlüyün bu dəfə qız övladı gözlədiyi iddia edilmişdi.

Lakin jurnalist Birsen Altuntaşın telefonla əlaqə saxladığı Başak Dizer bu xəbərləri təkzib edib. "Körpə xəbəri doğrudurmu?" sualına Dizer qısa şəkildə "Xeyr, doğru deyil" cavabını verib.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 19 fevral 2016-cı ildə ailə qurublar. Cütlüyün 15 aprel 2022-ci ildə dünyaya gələn Kurt Efe adlı bir oğulları var.

Başak Dizerin sosial media hesabında son paylaşdığı fotolarda da hamilə olduğu barədə iddiaları təsdiqləyən hər hansı əlamətin görünmədiyi diqqət çəkib.

Kıvanç Tatlıtuğ ikinci dəfə ata olur? — FOTO
Leyla Demokrat.az

D
demokrat.az