Bakıda bir sıra avtobusların hərəkət istiqaməti dəyişdirilir.
Demokrat.azxəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Məhdudiyyət səbəbindən10-12 iyul tarixlərində 61 və 88A nömrəli müntəzəm marşrutlarınhərəkətiRəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə,10, 14 və 18 nömrəli müntəzəm marşrutların hərəkətiisə
Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil edilir.
11-12 iyul tarixlərində isə Sənan Abdullayev küçəsində (Baksol yolu), Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar71 nömrəli müntəzəm marşrutmüvəqqəti olaraq metronun “Azadlıq prospekti”stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.
Demokrat.az


