Sadə ərzaqlardan istifadə etməklə qonaqlarınızı təəccübləndirəcək menyu hazırlaya bilərsiniz.
Demokrat.az yay süfrəsi üçün üç fərqli resepti təqdim edir.
Kremli göbələk şorbası
Lazım olan ərzaqlar:
* 9–10 ədəd göbələk * 1 xörək qaşığı kərə yağı * 2 xörək qaşığı zeytun yağı * 2 xörək qaşığı un * 1 diş sarımsaq * 1 kiçik soğan * 1 stəkan süd * 5 stəkan su * Duz * Qara istiot * Servis üçün qaymaq
Hazırlanması:
Doğranmış göbələkləri limonlu suda saxlayın. Kərə yağını əridin, üzərinə zeytun yağını əlavə edin və göbələkləri qovurun. Daha sonra doğranmış soğanı, sarımsağı və unu əlavə edib bir qədər də bişirin. Suyu əlavə edərək qaynadın. Ardınca südü tökün. Ocaqdan götürməzdən əvvəl duz əlavə edin. Süfrəyə verərkən üzərinə qaymaq əlavə edin.
Şirin-turş souslu dana əti
Lazım olan ərzaqlar:
* 3 ədəd dana bonfilesi * 2 çay qaşığı əzilmiş sarımsaq * 1 çay qaşığı qara istiot * 1 fincan ət bulyonu * 1 xörək qaşığı alma sirkəsi * 1 xörək qaşığı soya sousu * 3 xörək qaşığı az şəkərli ketçup * Duz
Hazırlanması:
Əti kiçik tikələrə doğrayın və öz yağında zəif odda qızaranadək bişirin. Duz, sarımsaq və qara istiotu əlavə edin. Ayrı qabda ət bulyonunu, alma sirkəsini, soya sousunu və ketçupu qarışdıraraq bir neçə dəqiqə bişirin. Hazırladığınız sousu ətin üzərinə əlavə edin və sous tam çəkilənədək bişirməyə davam edin.
Çuğundurlu humus
Lazım olan ərzaqlar:
* 4 orta ölçülü çuğundur * 500 qram bişmiş noxud * 3–4 diş sarımsaq * 1,5 limonun suyu * Yarım stəkan zeytun yağı * 1 stəkan tahin * 1 çay qaşığı zirə * 1 çay qaşığı duz * 1 limonun rəndələnmiş qabığı
Hazırlanması:
Çuğundurları yuyub qurulayın, folqaya bükün və əvvəlcədən 200 dərəcəyədək qızdırılmış sobada 40–45 dəqiqə bişirin. Soyuduqdan sonra qabığını təmizləyib püre halına gətirin.
Noxudu blenderdə çəkərkən zeytun yağının yarısını əlavə edin. Daha sonra çuğundur püresini, tahini, sarımsağı, limon suyunu, limon qabığını, zirəni, duzu və qalan zeytun yağını əlavə edərək hamar kütlə alınanadək qarışdırın.
Jalə Demokrat.az


