Şou-biznes Özəl

Məşhur türk müğənninin yeni görünüşü müzakirəyə səbəb oldu — FOTOLAR

Məşhur türk müğənninin yeni görünüşü müzakirəyə səbəb oldu — FOTOLAR

Türkiyəli müğənni Emel Müftüoğlu son görünüşü ilə sosial şəbəkələrdə diqqət çəkib. Sənətçinin bir il ərzində 22 kiloqram çəki atması izləyicilər arasında maraq doğurub.

Demokrat.az xəbər verir ki, bir müddət əvvəl sağlamlıq problemləri yaşayan müğənni müalicəsini həkim nəzarəti altında davam etdirib.

Emel Müftüoğlu bildirib ki, bir il əvvəl artıq çəki, yüksək qan şəkəri və xolesterin səviyyəsi səbəbindən ciddi sağlamlıq problemləri yaşayırdı. Həkimin hazırladığı müalicə və qidalanma proqramı sayəsində həm artıq çəkidən azad olub, həm də sağlamlığını bərpa edib.

Müğənni sosial şəbəkə hesabında həkimi ilə çəkilmiş fotosunu paylaşaraq, bir il əvvəl 85 kiloqram olduğunu, hazırda isə 63 kiloqrama düşdüyünü açıqlayıb.

Sənətçi paylaşımında həkiminə təşəkkür edərək bunları yazıb: "Bir il əvvəl həkimimin yanına gedəndə vəziyyətim çox ağır idi. Şəkərim, çəkim və xolesterinim yüksək idi. Bir il ərzində həkim nəzarəti altında 85 kiloqramdan 63 kiloqrama düşdüm. Məni yenidən sağlamlığıma qovuşdurduğu üçün ona təşəkkür edirəm".

Paylaşımdan sonra sosial şəbəkə istifadəçiləri müğənninin görünüşündəki dəyişikliyi müsbət qiymətləndirərək ona çoxsaylı dəstək və təbrik mesajları ünvanlayıblar.

Məşhur türk müğənninin yeni görünüşü müzakirəyə səbəb oldu — FOTOLAR

Məşhur türk müğənninin yeni görünüşü müzakirəyə səbəb oldu — FOTOLAR

Məşhur türk müğənninin yeni görünüşü müzakirəyə səbəb oldu — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az