Siyasət Özəl

Azərbaycanın diplomatik qələbəsi İsraili geri addım atmağa məcbur etdi

Azərbaycanın diplomatik qələbəsi İsraili geri addım atmağa məcbur etdi

İsraildə qaldırılan qondarma "erməni soyqırımı" məsələsi rəsmən iflasa uğradı. Bakı gərgin prosesə vaxtında müdaxilə etdi. Diplomatik təzyiqlər öz bəhrəsini qısa zamanda verdi. Rəsmi Bakı xarici siyasətdə regional güc olduğunu bir daha nümayiş etdirdi. Bu uğur Azərbaycan diplomatiyasının növbəti böyük tarixi qələbəsi kimi yadda qaldı.

İsrailin xarici işlər naziri Gideon Saar təhlükəli təşəbbüslə çıxış etmişdi. Hökumət Ankara ilə münasibətlərin gərgin vaxtında bu layihəni dəstəkləmişdi. Lakin rəsmi Bakı bu gedişatla heç cür razılaşa bilməzdi. Təl-Əvivin atdığı addım regionda onsuz da kövrək olan sabitliyə zərbə idi. Belə gedişat Təl-Əviv və Ankara arasındakı gərginliyi daha da dərinləşdirə bilərdi.

Azərbaycan Xarici İşlər Nazirliyi dərhal sərt bəyanat yaydı. Diplomatlar tarixi hadisələrin siyasiləşdirilməsini qətiyyətlə pislədilər. Təl-Əvivə çağırış edilərək qərara yenidən baxılması tələb olundu. Bakı bəyan etdi ki, tarixin saxtalaşdırılması cəhdləri qəbuledilməzdir. Bu kəskin etiraz İsrail siyasi elitasında fərqli reaksiya yaratdı. Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi Təl-Əvivə real xəbərdarlıq siqnalı göndərdi.

Bu addım Azərbaycan ilə İsrail arasındakı etimada ciddi zərbə vurardı. Uzun illər ərzində qurulan strateji tərəfdaşlıq münasibətləri tamamilə pisləşə bilərdi. Digər tərəfdən, Türkiyə ilə müttəfiqlik Bakının əsas xarici siyasət prioritetidir. Şuşa Bəyannaməsinin tələbləri də məhz bu cür birgə addımları zəruri edir. Azərbaycan qardaş ölkənin həssaslığına tam uyğun addım atdı.

Azərbaycanın prinsipial bəyanatı İsrail daxilində ciddi müzakirələrə yol açdı. Bəyanat yerli ekspertlər və media orqanları tərəfindən birmənalı qarşılanmadı. Onlar bu layihənin İsrailin milli maraqlarına zidd olduğunu bildirdilər. Siyasətçilər Bakı kimi mühüm və etibarlı tərəfdaşı itirməyin mənfi nəticələrini anladılar. İsrail cəmiyyətində erməni lobbisinin təxribatına qarşı güclü müqavimət dalğası formalaşdı. Güclü daxili və xarici təzyiqlər siyasi qərarlara birbaşa təsir göstərdi. Erməni layihəsinin hökumət və parlament səviyyəsində irəliləməsi tam dayandırıldı. Azərbaycan diplomatiyası növbəti real uğurunu qazandı. Knesset səviyyəsində müzakirələrin birdəfəlik dondurulması barədə qərar qəbul olundu. Bu geri addım Azərbaycan dövlətinin geosiyasi çəkisinin bariz nümunəsidir.

Baş verən hadisə Bakının beynəlxalq nüfuzunu növbəti dəfə sübut etdi. Ölkəmiz artıq regional gedişata birbaşa təsir göstərən güclü aktordur. Həyata keçirilən müstəqil xarici siyasət kursu rəsmi Bakının beynəlxalq arenada manevr imkanlarını xeyli genişləndirib.

Balanslaşdırılmış xarici siyasət tərəfdaşlarla açıq dialoq imkanı yaradır. Azərbaycan öz şərtlərini tərəfdaşlarına qəbul etdirməyi bacaran qlobal oyunçuya çevrilib. Ölkəmizin maraqları artıq dünya nəhəngləri tərəfindən də yüksək qiymətləndirilir.

Bakının rəsmi mövqeyi bölgədəki bütün siyasi qüvvələr tərəfindən nəzərə alınır. Çünki Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Heç bir kənar qüvvə Bakıya öz iradəsini diqtə edə bilmir. Əksinə, qlobal güclər mühüm addımlar atarkən Azərbaycanın rəyini öyrənməyə məcbur olurlar.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova