"WhatsApp" mesenceri istifadəçilərin yaxınlaşan ad günlərini izləməyə imkan verən yeni funksiyanı istifadəyə verməyə hazırlaşır.
Demokrat.az xəbər verir ki, yeni xüsusiyyət çərçivəsində istifadəçilər doğum tarixlərini "WhatsApp" ilə paylaşmalı olacaqlar.
Bu funksiyanı aktivləşdirən şəxslər kontakt siyahısında olan insanların ad günü yaxınlaşdıqda xüsusi bildiriş alacaqlar.
Yenilik istifadəçilərin yaxınlarının ad günlərini unutmasının qarşısını almağı və təbrik etməyi daha rahat etməyi hədəfləyir.
Funksiyanın nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı hələlik açıqlanmayıb.
Demokrat.az


