Bildiyiniz kimi cəmiyyətdə belə belə yanaşma var ki, qızların məcburi erkən yaşda evləndirilmək, qadınların təhsil almasının din tərəfindən qadağan edildiyi iddiası, müəyyən rəngdə və ya formada geyimin dini baxımdan məcburi hesab edilməsi, yas zamanı müəyyən günlərdə xüsusi ehsan süfrələrinin mütləq verilməsinin vacib sayılması və.s kimi fikirlər var.Bunların əslində heç birinin İslamla, İslamın yeganə mənbəyi olan Quranla əlaqəsi yoxdur.
Bu barədə Demokrat.az-a Elşad Miri açıqlama verib.
“Bu sonralar peşə halına salınmış din xadimləri sinifinin uydurduğu və bundan məharətlə bəhrələndikləri məsələlərdir, mahiyyətini izah etmək və düzgün yol göstərərək bələdçilik etmək üçündür. Təəssüflər olsun ki, dar düşüncə qabiliyyətinə malik olanların öz beyinlərinin qavrama əhatəsinə uyğun gətirdikləri izahları İslamın dar çərçivəyə salınmasına səbəb olub. İslamda qızların məcburi evləndirilməsi yoxdur.
Bunlar ərəbin ənənəsini İslam adı altında təqdim edilməsindən başqa bir şey deyil. Qadınların təhsilinin məhudlaşdırılmasıyla əlaqəli heç bir şey yoxdur. Əksinə, İslam cinsindən asılı olmayaraq insana oxumağı, öyrənməyi, bilməyi buyurur. İslamın uniforması yoxdur. Din insaların geyim tərzinə, rənginə qarışmır. Əsas məsələ insanın cinsi deyil, şəxsiyyətidir. Yas məclisləri də İslamın önəmsədiyi məsələlərdən deyil. İslam yaşayanlar üçündür. Öləndən sonra necə olacağımızı isə yaşayarkən etdiklərimizlə, əməllərimizlə, davranışlarımızla, əxlaqlı hərəkətlərimizlə əlaqələndirir. Ehsan vermək, süfrədə xurma, avakado, dondurma olması dinin müəyyənləşdirdiyi və ya qarışdığı məsələ deyil.
Yəni, cəmiyyətdə dinə aid edilən qadağalar və yas adətləri Quran hökmləri deyil, sadəcə sonradan formalaşmış xurafatlardır.


