Rusiya öz ərazisində dünyanın ən böyük vahid hava hücumundan müdafiə sistemini döyüş növbəsinə qoyub
Demokrat.az Rusiya Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, böyük bir ərazini əhatə edən sistem əsasən S-400 və "Pançir S" hava hücumundan müdafiə batareyalarından ibarətdir.
Yeni sistem Rusiyanın ən mühüm mülki və hərbi obyektlərinin havadan olan hücumlardan müdafiəsini təmin edəcək.
Zenit-raket qoşunları əsas atəş gücünü təşkil edir. Onlar hava məkanını döyüş təyyarələrindən tutmuş kəşfiyyat vasitələrinə qədər bütün təhdidlərdən qorumaq vəzifəsini daşıyırlar.
Rusiya Müdafiə Nazirliyi iddia edir ki, dünyada heç bir digər ordu bu miqyasda hava hücumundan müdafiə birləşmələri yaratmaq təcrübəsinə malik deyil.
Nazirlik qeyd edib ki, HHM qoşunları müxtəlif təsir radiusuna malik "yer-hava" tipli raketlərdən, o cümlədən S-350 "Vityaz", S-400 "Triumf" və S-500 "Prometey", həmçinin "Pantsir-S" zenit-raket və artilleriya kompleksinin müxtəlif modifikasiyalarından istifadə edir.
Qərbli hərbi analitiklərin hesablamalarına görə, Rusiya ordusu hazırda ən azı 120 ədəd "Pantsir-S1" və "Pantsir-S2" hava hücumundan müdafiə raket sistemindən istifadə edir. "S-400 Triumf" sistemlərinin sayı isə 100-ə yaxınlaşır.
Alparslan Demokrat.az


