Rüstəm Xəlilov şəhid atasını tibb ocağında ziyarət edib.
Demokrat.az bildirir ki,Salyan Rayonİcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bu günSalyan Rayon Mərkəzi Xəstəxanasında şəhid atası Nəzərov Zahir Balaxan oğlunu ziyarət edib.
Rayon rəhbəri ziyarət zamanı şəhid atasının sağlamlıq durumu və qayğıları ilə maraqlanıb, şəfalarını diləyib, hər zaman onların yanında olduğunu bildirib. Ziyarət zamanı şəhid ailələrinin üzvlərinə, müharibə əlillərinə, habelə bu kateqoriyadan olan hər bir vətəndaşına dövlətimizin göstərdiyi sonsuz qayğı və diqqətdən söz açılıb.
Qeyd edək ki, onun oğlu Emin Nəzərli Vətən müharibəsində Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.





