Abşeron rayonunun Xırdalan şəhərində "Mercedes" markalı mikroavtobusun yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı mağazanın şüşəsi sınıb.
Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


