Şou-biznes

Aynişanın toyundan özəl görüntülər — VİDEO+FOTO

Aynişanın toyundan özəl görüntülər — VİDEO+FOTO

Xəbər verdiyimiz kimi, hazırda paytaxt restoranlarının birində Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyevanın qız toyudur.

Fitness məşqçisi Kənan Əliyevlə ailə həyatı quran Aynişanın toy məclisində şou-biznesin məşhur simaları - Xalq artistləri Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Eyyub Yaqubov və başqaları çıxış edib.

Gecənin açılışını isə öz nəğmə payı ilə Aynişanın anası Aybəniz Haşımova edib.

Qeyd edək ki, cütlüyün oğlan toyu fevralın səkkizi paytaxt restoranlarının birində keçiriləcək. Hər iki məclis mediaya qapalıdır. (Oxu.az)

D
demokrat.az