Cəbhədə vəziyyət sabit qalsa da, Ukrayna ilə Polşa arasında münasibətlər pisləşməkdə davam edir. Ukraynalı hərbi tarixçi Yaroslav Pilipçukun sözlərinə görə, Varşavada geniş anti-Ukrayna kampaniyası aparılır.
Ekspert Demokrat.az-a açıqlamasında bildirib ki, Polşa müharibədə Ukraynanın qələbəsindən qorxur.
Onun fikrincə, polyaklar avropalıların əvvəllər Polşa iqtisadiyyatına yatırdığı sərmayənin Ukrayna və Moldovaya yönələcəyindən narahatdırlar.
"Hazırda Polşanın siyasi elitası, Donald Tusk istisna olmaqla, Rusiyaya qarşı müharibədə Ukraynanın məğlubiyyətini arzulayır".
O bildirib ki, münasibətlərin pisləşməsi isə yalnız Rusiyanın xeyrinə işləyir.


