Cəmiyyət

"Qala Sığorta"nın Kitab Klubunda bu dəfə "Orfolənd" müzakirə olundu — FOTOLAR

Qala Sığortanın Kitab Klubunda bu dəfə Orfolənd müzakirə olundu — FOTOLAR

"Qala Sığorta" ASC-nin Kitab Klubunun növbəti görüşü şirkət əməkdaşlarını növbəti dəfə kitab müzakirəsi ətrafında bir araya gətirib.

Demokrat.az xəbər verir ki, bu dəfə klub üzvləri yazıçı Günel Rəcəbin "Orfolənd" əsərini müzakirə edərək, kitabın mövzusu, ideyası, obrazları və oxucularda yaratdığı təəssüratlar barədə fikir mübadiləsi aparıblar.

Görüşün xüsusi qonağı olan yazıçı Günel Rəcəb "Qala Sığorta"nın ofisində əməkdaşlarla səmimi görüş keçirib.

Müəllif əsərin yaranma prosesi, yaradıcılıq fəaliyyəti və kitabın əsas ideyaları barədə danışıb, iştirakçıların suallarını cavablandırıb və onlarla maraqlı müzakirə aparıb.

Qeyd edək ki, "Qala Sığorta" ASC-də fəaliyyət göstərən Kitab Klubu əməkdaşlar arasında mütaliə mədəniyyətinin təşviqi, intellektual müzakirələrin genişləndirilməsi və fərdi inkişafın dəstəklənməsi məqsədilə mütəmadi olaraq müxtəlif müəlliflərin əsərlərinə həsr olunan görüşlər təşkil edir.

Qala Sığortanın Kitab Klubunda bu dəfə Orfolənd müzakirə olundu — FOTOLAR

Qala Sığortanın Kitab Klubunda bu dəfə Orfolənd müzakirə olundu — FOTOLAR

Qala Sığortanın Kitab Klubunda bu dəfə Orfolənd müzakirə olundu — FOTOLAR

Qala Sığortanın Kitab Klubunda bu dəfə Orfolənd müzakirə olundu — FOTOLAR

Demokrat.az

D
demokrat.az