Maraqlı Özəl

Numeroloqların proqnozu: Bu tarixlərdə doğulanları mühüm dəyişikliklər gözləyir

Numeroloqların proqnozu: Bu tarixlərdə doğulanları mühüm dəyişikliklər gözləyir

Numeroloqların fikrincə, iyul ayı müəyyən tarixlərdə doğulan insanlar üçün taleyüklü hadisələr və mühüm dəyişikliklərlə yadda qala bilər.

Demokrat.az-ın "Times of India" nəşrinə istinadən məlumatına görə, numeroloqlar hesab edirlər ki, bu dövrdə keçmiş əməllərin nəticələri üzə çıxa və köhnə həyat dərslərini başa vurmaq imkanı yarana bilər.

Numeroloji yozumlara əsasən, ayın təsirini xüsusilə ayın 4, 8, 13, 17, 22, 26 və 31-də doğulan insanlar hiss edə bilərlər. Bu tarixlərin məsuliyyət, intizam, səbir və şəxsi inkişaf mövzuları ilə əlaqəli olduğu bildirilir.

Ezoteriklərin fikrincə, bu müddətdə yarımçıq qalmış işlər, köhnə maliyyə məsələləri, keçmiş münasibətlər və ya uzun müddətdir əlaqə saxlanılmayan insanlar yenidən gündəmə gələ bilər. Bəzi şəxslər isə əvvəlki səhvlərini düzəltmək və ya mühüm qərarlar vermək zərurəti ilə üzləşə bilərlər.

Numerologiya tərəfdarları vurğulayırlar ki, karma yalnız mənfi nəticələrin geri qayıtması demək deyil. Onların fikrincə, əvvəllər xeyirxah əməllər görən, insanlara kömək edən, dürüst və əzmkar davranan şəxslər iyul ayında bunun müsbət nəticələrini görə bilərlər.

Xüsusilə ayın 4, 13, 22 və 31-də doğulanlara maliyyə işlərini qaydaya salmaq, köhnə vədləri yerinə yetirmək, borcları bağlamaq və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur.

Ayın 8, 17 və 26-da doğulanlara isə iş, maliyyə, sağlamlıq və şəxsi həyat sahələrində müəyyən sınaqlara hazır olmaları məsləhət görülür. Numeroloqlar hesab edirlər ki, məhz bu dövrdə mühüm həqiqətlər üzə çıxa və səbir, eləcə də düşünülmüş qərarlar tələb edən vəziyyətlər yarana bilər.

"Karmanın geri qayıtması"nın mümkün əlamətləri kimi köhnə həyat ssenarilərinin təkrarlanması, keçmişdən olan insanlarla yenidən qarşılaşmaq və ya aylar, hətta illər əvvəl verilmiş qərarların nəticələrinin ortaya çıxması göstərilir.

Ezoteriklər bu dövrdə dürüst olmağı, verilən vədlərə əməl etməyi, lazım gəldikdə üzr istəməyi və yarımçıq qalan işləri tamamlamağı tövsiyə edirlər. Onların fikrincə, bu addımlar mühüm həyat mərhələsini geridə qoymağa və keçmişi arxada buraxmağa kömək edə bilər.

Jalə Demokrat.az

D
demokrat.az