Sağlamlıq

Arıqlamaq istədi, mədəsindən 13 santimetrlik diş fırçası çıxarıldı — FOTO

Arıqlamaq istədi, mədəsindən 13 santimetrlik diş fırçası çıxarıldı — FOTO

İstanbulda 21 yaşlı S.B. adlı gənc qadın arıqlamaq məqsədilə özünü qusdurmağa çalışarkən təsadüfən 13 santimetr uzunluğunda diş fırçasını udub.

Demokrat.az xəbər verir ki, hadisədən sonra yemək qəbul edən gənc qadının vəziyyəti pisləşib. Yaxınları onu Kanuni Sultan Süleyman Təhsil və Araşdırma Xəstəxanasına çatdırıblar.

Təcili yardım şöbəsində ilkin tibbi yardım göstərildikdən sonra pasiyent xəstəxananın endoskopiya şöbəsinə yönləndirilib.

Ümumi cərrahiyyə üzrə mütəxəssis həkim Kubilay Özgür Öztütüncünün rəhbərlik etdiyi tibbi heyət tərəfindən kiçik kəsik üsulu ilə həyata keçirilən və təxminən 40 dəqiqə davam edən əməliyyat nəticəsində S.B.-nin mədəsindəki 13 santimetrlik diş fırçası uğurla çıxarılıb.

Arıqlamaq istədi, mədəsindən 13 santimetrlik diş fırçası çıxarıldı — FOTO

Jalə Demokrat.az

D
demokrat.az