Müğənni Zamiq Hüseynov sosial şəbəkədə diqqətçəkən paylaşım edib.
Demokrat.az xəbər verir ki, ifaçı Instagram hesabında həmkarı Samir Piriyevlə Bodrumda çəkdirdiyi fotonu paylaşıb. O, sosial şəbəkələrdə dəbdəbəli həyatını nümayiş etdirənləri tənqid edib.
Zamiq bildirib ki, sosial şəbəkələrdə görünən dəbdəbəli həyat həmişə reallığı əks etdirmir:
“Bəzən düşünürsən ki, görəsən, bu instaqramdakılar hər gün qlamur, lüks, dəbdəbəli həyat yaşayırlar? Yox, əlbəttə ki, elə deyil! Onların çoxu travmalı insanlardır, amma gözəl, sadə anları paylaşmaqdan utanırlar. Fikirləri, xəyalları o qədər yüksəkdədir ki, həyatın incə və gözəl anlarını yaşaya bilmirlər. Həyat çox gözəldir, hər anını gözəl yaşayın. Həyatınızı yalançı gözəlliklərlə deyil, olduğu kimi gözəlləşdirin və yaşayın.” (axşam.az)

Demokrat.az


