Maraqlı Özəl

Şərabın yanında nə yemək olar?

Şərabın yanında nə yemək olar?

Şərab süfrə mədəniyyətinin ayrılmaz hissələrindən biridir və düzgün qida seçimi onun dad xüsusiyyətlərini daha dolğun şəkildə üzə çıxarır. Qırmızı, ağ, çəhrayı (roze), isti ədviyyatlı və meyvə ətirli şərabların hər biri fərqli yeməklərlə daha uğurlu uyğunluq yaradır.

Demokrat.az xəbər verir ki, şərab və yemək uyğunluğunda ilk növbədə yeməyin ağırlığı, turşuluğu, yağlılığı və istifadə olunan souslar nəzərə alınmalıdır. Yüngül yeməklərlə turşuluğu yüksək şərablar, daha ağır və yağlı yeməklərlə isə tanini daha güclü və ya gövdəli şərablar daha uyğun hesab olunur.

Ədviyyatlı yeməklərin yanında adətən yarımşirin və ya şirin şərablar tövsiyə edilir. Onlar yeməyin acılığını və kəskin dadını balanslaşdırır. Duzlu qidalar da düzgün seçilmiş şərabla daha ahəngdar dad yaradır. Desert təqdim edilərkən isə əsas qayda şərabın desertdən daha şirin olmasıdır.

Qırmızı şərabın yanında nə yemək olar?

Qırmızı şərab ən çox qırmızı ət yeməkləri ilə uyğunlaşır. Biftek, antrikot, quzu əti, küftə və souslu ət yeməkləri bu şərab növü ilə yaxşı uyğunluq təşkil edir. Bundan əlavə, aşağıdakı məhsullar da uyğun seçim hesab olunur:

* Parmezan və digər yetişmiş sərt pendirlər; * Yüksək kakao tərkibli qara şokolad; * Qızardılmış və ya sobada bişirilmiş çörək; * Biftekli salatlar.

Ağ şərabın yanında nə yemək olar?

Ağ şərab adətən soyudulmuş şəkildə təqdim olunur və xüsusilə balıq və dəniz məhsulları ilə yaxşı uyğunlaşır. Uyğun seçimlər bunlardır:

* Manqalda bişirilmiş balıq; * Toyuq və hinduşka əti; * Karides, midiya və digər dəniz məhsulları; * Yaşıl alma, armud və üzüm kimi yüngül meyvələr; * Qouda və digər yumşaq pendirlər; * Kremli göbələkli makaron.

Roze (çəhrayı) şərabın yanında nə yemək olar?

Roze şərabı da soyudulmuş şəkildə təqdim edilir və yüngül yeməklərlə yaxşı uyğunlaşır. Məsələn:

* Pendir, zeytun, kolbasa, sosiska, sucuk və bastırma məhsullar; * Hisə verilmiş ətlər; * Manqal tərəvəzləri; * Müxtəlif yüngül qəlyanaltılar.

İsti ədviyyatlı şərabın yanında nə yemək olar?

Əsasən qırmızı şərab, darçın, mixək və digər ədviyyatlarla hazırlanan isti şərab aşağıdakı qidalarla yaxşı uyğunlaşır:

* Ətirli pendirlər; * Hisə verilmiş ətlər; * Qoz, quru ərik, kişmiş və digər quru meyvələr; * Pendir fondüsü.

Meyvə ətirli şərabın yanında nə yemək olar?

Meyvə notları ilə seçilən şərablar yüngül qəlyanaltılarla daha yaxşı uyğunlaşır. Onların yanında aşağıdakı məhsullar təqdim oluna bilər:

* Badam; * Kaju; * Fındıq; * Püstə; * Yumşaq pendirlər; * Meyvə boşqabları.

Şərab süfrəsi üçün ən uyğun qəlyanaltılar

Şərabla birlikdə ən çox seçilən qəlyanaltılar bunlardır:

* Pendir boşqabı; * Balıq və dəniz məhsulları; * Qırmızı və ağ ət yeməkləri; * Meyvə assortisi; * Quru meyvələr və çərəzlər; * Makaron; * Qızardılmış çörək; * Müxtəlif salatlar; * Yoqurtlu və isti məzələr.

Düzgün şərab–qida uyğunluğu həm içkinin, həm də yeməyin dadını daha dolğun hiss etməyə imkan verir və süfrə təcrübəsini daha zövqlü edir.

Jalə Demokrat.az

D
demokrat.az