Binəqədi şosesində yenidən təmir işləri aparılır. Əraziyə təmir-tikinti texnikası yerləşdirilib, yol qazılıb. Bir zolağın tamamilə bağlanması səbəbindən yolda ağır tıxac müşahidə olunur.
Təmir işlərinin hansı qurum tərəfindən aparılmasını öyrənmək üçünAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Demokrat.az-a bildirdi ki, hazırda aparılan işlər yol təmiri ilə bağlı deyil.
O bildirib ki, ərazidə ötən il aparılan və uzun müddət davam edən təmir işləri də AAYDA ilə əlaqəli olmayıb.Anar Nəcəfli ərazidə kanalizasiya xəttinin çəkildiyini qeyd edib. 

Qeyd edək ki, sözügedən ərazidə ötən il də analoji qazıntı işləri aparılmışdı. Daha sonra paytaxtda müşahidə olunan güclü yağışlar zamanı Binəqədi şosesində mütəmadi subasma halları baş verirdi.
Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətinə də sorğu ünvanlamışıq.


