95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd Ayaz Abdullayev təbliğat-təşviqat kampaniyası çərçivəsində Qaradağlı kəndində seçicilərlə səyyar görüş keçirib.
Ayaz Abdullayevin Seçki Qərərgahından Demokrat.az-a verilən məlumata görə, görüşdə fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri müzakirə olunub.
A.Abdullayev növbədənkənar parlament seçkilərinin hansı zərurətdən keçirildiyini seçicilərin diqqətinə çatdırıb.
Deputatlığa namizəd həmçinin seçicilərin problemlərini dinləyib.
Qeyd olunub ki, sakinlər daha çox kəndin su təczihatının yaxşılaşdırılması, məktəb, bağça və avtomobil yollarının təmiri məsələlərində maralıdırlar.
Elə həmin gün A.Abdullayev Tərtər rayonu, Elman Hüseynov küçəsi 22-də yaşayan, məşhur fotoqraf kimi tanınan Rus Xristian İcmasının üzvü Mozqovoy Viktor Yakovleviçi evində ziyarət edib.







