Hadisə

Azərbaycanda güclü külək fəsadlar yaratdı

Azərbaycanda güclü külək fəsadlar yaratdı

Gəncədə baş vermiş güclü külək nəticəsində qırılan elektrik xətlərinin hazırda bərpası aparılır.

Demokrat.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında iri gövdəli çinar ağacı elektrik xətlərinin üzərinə düşüb:

“Nəticədə, Gəncə və Şəmkir bölgəsinin bir neçə ərazisində elektrik xətlərinə ciddi ziyan dəyib. Tezliklə problem aradan qaldırılacaq”.

“Bakıda və digər bölgələrdə işıqla bağlı heç bir problem yoxdur”, - deyə T.Mustafayev qeyd edib.

Xatırladaq ki, ötən gün axşam saatlarında Gəncədə başlayan güclü külək nəticəsində şəhərin bəzi ərazilərində irigövdəli ağaclar aşaraq elektrik və qaz xətlərini sıradan çıxarıb.

Demokrat.az

D
demokrat.az