Saxta balı onun görünüşü, qoxusu, dadı və keyfiyyətini təsdiqləyən sənədlərin olmaması ilə müəyyən etmək mümkündür.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın Keyfiyyət Sistemi (Roskachestvo) məlumat yayıb.
Qurumun məlumatına görə, təbii bal maye və ya qatı konsistensiyada olur. Saxta və ya keyfiyyətsiz bal isə bulanıq görünüşə malik ola, təbəqələşə və ya çöküntü yarada bilər.
Mütəxəssislər bildirirlər ki, təbii bal öz növünə uyğun xoş və yüngül ətirə malik olur. Saxta bal isə kəskin və ya qeyri-təbii qoxu verə bilər.
Balın dadı da onun keyfiyyətini müəyyən etməyə kömək edir. Təbii bal əsasən şirin olur, bəzi növlərində isə yüngül acılıq hiss edilir. Saxta məhsullarda isə karamelə və ya turş dada rast gəlinə bilər.
Bal alarkən məhsulun keyfiyyətini təsdiqləyən sənədlərə, o cümlədən baytarlıq sertifikatına diqqət yetirməyi tövsiyə edir. Balın etibarlı istehsalçılardan və tanınmış satış şəbəkələrindən alınması məsləhət görülür.
Qurum həmçinin qablaşdırmada keyfiyyət nişanının olmasının məhsulun təhlükəsizlik tələblərinə uyğunluğunu göstərən mühüm göstəricilərdən biri olduğunu vurğulayıb.
Bildirilib ki, 2024-cü ildə arıçılıqla bağlı qanunvericiliyə edilən dəyişikliklərə əsasən, tərkibində təbii olmayan əlavələr olan məhsullar saxta bal hesab olunur.
Jalə Demokrat.az


