Cəmiyyət Özəl

Sosioloq: Rəqəmsal mühitdə qorunma mexanizmləri vacibdir

Sosioloq: Rəqəmsal mühitdə qorunma mexanizmləri vacibdir

Ailə institutunda və gündəlik məişətdə insanlar, fərdlər və kollektivlər arasında rəqəmsal asılılığın yaranması müsbət tendensiya deyil.

BunuDemokrat.az-a sosioloq Hüseyn İbrahimov deyib.

Sosioloq: Rəqəmsal mühitdə qorunma mexanizmləri vacibdir

Obildirib ki, rəqəmsal cəmiyyət getdikcə genişlənir və bu proses cəmiyyətin bütün sosial institutlarını, xüsusən də ailə institutunu sürətlə əhatə edir:

"Əslində rəqəmsal mühitin geniş şəkildə formalaşması sosial institutlar çərçivəsində daha səmərəli nəticələr verə bilər. Lakin ailə institutunda və gündəlik məişətdə insanlar, fərdlər və kollektivlər arasında rəqəmsal asılılığın yaranması müsbət tendensiya deyil. Rəqəmsal dünyanın müəyyən tənzimləmə mexanizmlərinin yaradılması isə mürəkkəb prosesdir. Çünki açıq və demokratik cəmiyyətlər, o cümlədən ölkəmiz bu məsələlərə məhdudiyyət deyil, sağlam gəncliyin formalaşması, insanların rəqəmsal mühitin təhlükəli təsirlərindən qorunması baxımından yanaşır".

O deyib ki, bu məsələlər fərdi azadlıqla ziddiyyət təşkil etmir:

"Çünki azadlıq anlayışının da müəyyən sərhədləri və çərçivələri var. Hamı tərəfindən qəbul olunan əsas prinsip ondan ibarətdir ki, mənim azadlığımın bitdiyi yerdə başqasının azadlığı başlayır. Deməli, azadlıq da müəyyən sərhədlər daxilində olduqda daha sağlam şəkildə qorunur.

Bu baxımdan rəqəmsal dünyanın qorunma mexanizmlərinin hüquqi əsaslarının yaradılması, ailədaxili nizam-intizamın gücləndirilməsi və sosial normaların təşviqi rəqəmsallaşan cəmiyyətdə insan azadlığının daha düzgün dərk olunmasının əsaslarını möhkəmləndirən amillərdəndir. Buna görə də düşünmürəm ki, bu tədbirlər fərdi azadlıq hissinin formalaşmasına mənfi təsir göstərə bilər. Əksinə, qorunma mexanizmləri uşaqların və gənclərin azadlıq hissinin daha sağlam formalaşmasına, fərdi azadlıq, etik və sosial normalara daha ciddi əməl etməsinə, həmçinin rəqəmsal asılılığın əsirinə çevrilməməsinə kömək edəcək.

İstənilən halda rəqəmsal dünyanın təhdidlərindən qorunma mexanizmləri olmalıdır. Çünki rəqəmsal mühit hər ay, hər il daha da genişlənir, imkanları artır. Bu imkanlar artdıqca zərərli təsirlərin də miqyası genişlənir. Bu isə rəqəmsal cəmiyyətdə azadlıq hissinin formalaşdırılması üçün yeni mexanizmlərin və yeni yanaşmaların tətbiqini tələb edir. Həmin mexanizmlər eyni zamanda ailə, təhsil, vətəndaş cəmiyyəti institutları, bələdiyyələr və digər sosial institutlar tərəfindən də gücləndirilməlidir", - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az