Liderlik yalnız əmr vermək və ön planda olmaqla məhdudlaşmır. Mütəxəssislər bildirirlər ki, cəsarət, məsuliyyət götürmək, insanları motivasiya etmək və çətin anlarda istiqamət vermək də liderlik enerjisinin əsas elementləri hesab olunur.
Demokrat.az bildirir ki,bəzi bürclərin təbii liderlik xüsusiyyətləri ilə önə çıxdığı qeyd edilir.
Şir bürcü liderlik xüsusiyyətləri ilə ilk sıralarda göstərilir. Onların özünəinamı, güclü enerjisi və diqqətçəkən davranışları ilə istənilən mühitdə seçildiyi bildirilir. Şir bürcünün insanları motivasiya etməyi və onları bir məqsəd ətrafında toplamağı bacardığı vurğulanır.
Qoç bürcünün isə cəsarəti və sürətli qərarvermə qabiliyyəti ilə fərqləndiyi qeyd olunur. Risk almaqdan çəkinməyən Qoçların xüsusilə böhran anlarında təşəbbüs göstərərək liderlik rolunu üzərinə götürdüyü bildirilir.
Oğlaq bürcü daha çox disiplin və planlı yanaşması ilə ön plana çıxır. Uzunmüddətli hədəflərə fokuslanan Oğlaqların iş həyatında etibarlı və sabit rəhbər kimi qəbul edildiyi qeyd edilir.
Əqrəb bürcünün isə güclü intuisiya və strateji düşünmə qabiliyyəti ilə seçildiyi bildirilir. Onların səssiz, lakin təsirli liderlik tərzi ilə çətin vəziyyətlərdə nəzarəti əlində saxlaya bildiyi vurğulanır.
Mütəxəssislərin fikrincə, bu bürclər liderlik enerjisini fərqli formalarda ifadə etsə də, ortaq nöqtə məsuliyyət və yön göstərmə qabiliyyətidir.
Leyla Demokrat.az


