Maraqlı Özəl

Bu aylarda doğulan insanlar keçmişə daha çox bağlı olurlar

Bu aylarda doğulan insanlar keçmişə daha çox bağlı olurlar

Astrologiya və numerologiya ilə məşğul olanlar hesab edirlər ki, insanın doğulduğu ay onun xarakteri, emosional xüsusiyyətləri və keçmişə münasibəti haqqında müəyyən təsəvvür yarada bilər.

Demokrat.az xəbər verir ki, "Parade" jurnalının yazdığına görə, bəzi aylarda doğulan insanlar nostaljiyə daha çox meylli olurlar.

Astroloqların fikrincə, aşağıdakı aylarda doğulan insanlar keçmiş xatirələrə daha çox bağlı olurlar:

Mart

Mart ayında doğulanların həyatlarının mühüm anlarını tez-tez xatırladığı bildirilir. Onların köhnə şəkilləri, gündəlikləri və xatirə əşyalarını qoruyub saxladıqları qeyd olunur.

Astroloqlar hesab edirlər ki, bu insanlar keçmişdən yalnız nostalji hissi almaq üçün deyil, həm də özlərini daha yaxşı tanımaq, emosional cəhətdən inkişaf etmək və gələcəyə daha inamla addımlamaq üçün istifadə edirlər.

May

May ayında doğulanların xatirələri qoxular, dadlar və melodiyalarla daha güclü əlaqələndirdiyi iddia olunur.

Onların köhnə fotoları dostları ilə bölüşməyi, ailə xatirələrini danışmağı və keçmiş hadisələri yada salmağı sevdikləri bildirilir.

İyul

Astroloqların fikrincə, iyul ayında doğulan insanlar xatirələri şəxsiyyətlərinin mühüm hissəsi hesab edirlər.

Onlar ailə şəkillərini, məktubları və yaxınlarından qalan hədiyyələri qoruyub saxlayır, xoşbəxt anları tez-tez xatırlayırlar. Onlar üçün ən qiymətli sərvətin maddi əşyalar deyil, sevdikləri insanlarla birlikdə keçirdikləri anlar olduğu qeyd edilir.

Noyabr

Noyabr ayında doğulanların keçmişə daha çox həyat təcrübəsi və dərs mənbəyi kimi yanaşdıqları bildirilir.

Astroloqlar hesab edirlər ki, bu insanlar həyatlarında dönüş yaradan hadisələri uzun müddət unutmur, keçmiş səhvlərini təhlil edir və bundan nəticə çıxarmağa çalışırlar. Onların nostaljisinin keçmişdə yaşamaq istəyindən deyil, qazandıqları təcrübəyə minnətdarlıq hissindən qaynaqlandığı iddia olunur.

Jalə Demokrat.az

D
demokrat.az